BAKI, 5 avqust. TELEQRAF
Böyük Britaniyanın Şərqi Avropa və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Mark Kleyton Gürcüstan xarici işlər nazirinin müavini Giorgi Zurabaşvili ilə ikitərəfli gündəliyi müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə tərəflər Gürcüstan və Böyük Britaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın gündəliyini, mövcud çağırışları və perspektivləri müzakirə ediblər. Görüş zamanı ölkələr arasında strateji dialoqun tam bərpasının vacibliyinə xüsusi diqqət yetirilib.
Xatırladaq ki, Böyük Britaniya 2024-cü ilin oktyabrında Gürcüstanla strateji tərəfdaşlıq formatı olan Uordrop Dialoqunu dayandırmışdı. Buna həmin ilin may ayında Gürcüstan parlamentinin “xarici agentlər haqqında” qanunu qəbul etməsi səbəb olmuşdu. Ardınca London Gürcüstana qarşı bir sıra sanksiyalar tətbiq etmişdi.