BAKI, 5 iyun. TELEQRAF

“Son zamanlar hər iki tərəfdən Gürcüstan-ABŞ münasibətlərini müsbət istiqamətə aparmaq üçün əhəmiyyətli addımlar atılıb, münasibətlərdə yeni imkanlar yaratmaq üçün çalışırıq”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili deyib.

Nazir bildirib ki, son qarşılıqlı səfərlər də məhz buna yönəlikdir.

“Həmçinin ikitərəfli münasibətlərdə baş verən dəyişikliklərdən bəhs edən mesajlar eşidirik. ABŞ ilə yenilənmiş münasibətlərin məzmunu və bu münasibətləri necə inkişaf etdirməli olduğumuz üzərində işləyirik. Ümid edirik, yaxın gələcəkdə məzmun hissəsi barədə daha çox danışmaq imkanımız olacaq

Dəfələrlə bəyan etmişik ki, Gürcüstan ABŞ ilə mənalı və milli maraqlarımızın qorunduğu münasibətlərə hazırdır və həmişə hazır olub. Əlbəttə, bu münasibətlər ilk növbədə qarşılıqlı hörmətə əsaslanmalıdır. ABŞ-nin hazırkı münasibəti bunun mümkün olduğunu göstərir”, - Maka Boçorişvili qeyd edib.