BAKI, 10 aprel. TELEQRAF
“Ermənistan və Azərbaycan arasında bərqərar olan sülhün gücləndirilməsinə ehtiyac var”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Tərəflər arasında sülhün institusional olaraq möhkəmləndirilməsinə ehtiyac var. Bəli, sülh mövcuddur, artıq onun nəticələrindən istifadə edirik. Amma həm də anlayırıq ki, bu sülh yenidir, qayğıya ehtiyacı var. Bir sıra məsələlər artıq həll olunub. Bura Azərbaycan ərazisindən Ermənistana yük tranziti və ikitərəfli ticarət də daxildir. Artıq bunlar mövcuddur, inkişaf edəcəyi gözlənilir”, - o bildirib.