BAKI, 6 fevral. TELEQRAF
Ermənistan parlamentinin sədri Alen Simonyan ordu ilə bağlı təhqiredici açıqlamalarına görə keçmiş prezident Robert Köçəryana qarşı məhkəmə iddiası qaldırıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Parlament sədri sabiq prezidentdən sosial şəbəkə və ya media vasitəsilə üzr istəməsini, təhqirə görə 1 milyon dram (2500 dollar) təzminat və 530 000 dram (1300 dollar) məhkəmə xərcini ödəməsini tələb edir.