BAKI, 3 fevral. TELEQRAF

“Rusiyanın “Tramp Marşrutu”nda iştirakı absurddur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Spiker belə bir ehtimalı təsdiqləyə bilməyəcəyini vurğulayıb.

“Əgər marşrut və ya yolun açılmasından danışırıqsa, məncə, bu ayrıca təşəbbüs kimi formalaşdırılmalıdır. “Tramp Marşrutu” çərçivəsində bunu etmək müəyyən mənada absurddur, çünki bu, mahiyyət etibarilə “Tramp Marşrutu”nun işləməməsi üçün hər şeyi etmək demək olardı”, - Alen Simonyan əlavə edib.