BAKI, 14 fevral. TELEQRAF

Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan Kiyevdə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk ilə görüşüb.

Teleqraf xəbər verir ki, ikitərəfli əlaqələrin müzakirə olunduğu görüşdə Xandanyan Ermənistan hökumətinin nəqliyyat dəhlizləri ilə bağlı “Sülh qovşağı” layihəsi barədə məlumat verib.

Stefançuk isə regional sülh və sabitliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, “Ermənistanın ərazi bütövlüyü və demokratik inkişaf yolunun qorunması”na qeyd-şərtsiz dəstəyini ifadə edib.

Qeyd edək ki, Xandanyan ATƏT Parlament Assambleyasının iclasında iştirak etmək üçün Ukraynaya gedib.