BAKI, 6 fevral. TELEQRAF

“Brüssel “Avropa Demokratiyaya Yardım Fondu”nun (EED) Gürcüstanda nəyi maliyyələşdirdiyini dərhal açıqlamalıdır”.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “X” hesabında yazıb.

Onun sözlərinə görə, “Brüssel “Avropa Demokratiyaya Yardım Fondu” xarici yardım adı altında xərclədiyi vəsaitin hansı mənbələr üzrə xərcləndiyini şəffaf şəkildə açıqlamalıdır.

“ABŞ-nin yeni administrasiyası Amerika xalqının pullarını qanunsuz siyasi məqsədlər üçün xərcləndiyini ifşa edəndən sonra cəmiyyətimizin bu Avropa fondunun fəaliyyətinə qanuni marağı yaranıb. Üstəlik, EED-in adı artıq qalmaqallarda çəkilib”, - spiker qeyd edib.