BAKI, 16 sentyabr. TELEQRAF

Avropa İttifaqı (Aİ) Kanadaya ilk assosiativ üzv olmaq imkanı təklif edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Avropa Parlamentində çıxışı zamanı bildirib.

“Kanadanın Aİ-nin ilk assosiativ üzvü olması üçün qapı açmaq imkanını sizinlə müzakirə etmək istərdim”, - o qeyd edib.