BAKI, 14 sentyabr. TELEQRAF
“Rusiya-Ukrayna müharibəsini ancaq bir yolla - danışıqlar vasitəsilə dayandırmaq olar”.
Teleqraf xəbər verir ki, bunu Bolqarıstan Prezidenti İlyana Yotova deyib.
“Bolqarıstan danışıqlar yolu ilə sülhdən daha çox danışan xora qoşulmaq üçün mümkün olan hər şeyi etməlidir”, - dövlət başçısı bildirib.
İlyana Yotova əmindir ki, mövcud vəziyyətdə hərbi yolla həll mümkün deyil.