BAKI, 5 sentyabr. TELEQRAF
“Gələn həftə Rusiyanın hava məkanında əməliyyatımızı müvafiq şəkildə tənzimləyəcəyik”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə son genişmiqyaslı hava hücumunu şərh edərkən deyib.
“Rusiyanın son addımlarını qeydə almışıq. Gələn həftə Rusiyanın hava məkanında əməliyyatımızı müvafiq şəkildə tənzimləyəcəyik. Çünki dronlar və raketlərin səmada olması səbəbindən bu hava məkanı təhlükəli hala gəlib. Əlbəttə, bizim tərəfdən diplomatiyaya heç bir təhdid yoxdur və olmayacaq. Ukrayna sülhdə maraqlıdır, amma Rusiya öz addımlarına görə məsuliyyət daşıyacaq”, - dövlət başçısı vurğulayıb.