BAKI, 1 avqust. TELEQRAF
Latviya Belarusla sərhəddə fəaliyyət göstərən tək keçid məntəqəsində avtomobillərin gediş-gəlişini tamamilə dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə Belarusun Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, iyulun 31-i gecə saat 23:00-dan etibarən Latviyanın qərarı ilə "Qriqorovşina" buraxılış məntəqəsindən hərəkət dayandırılıb və hələ də bərpa olunmayıb.
Latviya Daxili İşlər Nazirliyi tərəfindən bildirilib ki, məntəqə texniki səbəblərə görə bağlanıb.