BAKI, 22 iyul. TELEQRAF

Aleksandr Sırski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postundan ayrıldığını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Aleksandr Sırski "Telegram" kanalında paylaşım edib.

"Bu gün mən Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsini tərk edirəm. Mən xələfimə yalnız müdafiə olunan deyil, həm də hücum vəziyyətində olan ordunu ötürürəm", - o vurğulayıb.

Qeyd edək ki, iyulun 21-də Ukrayna Prezidenti Volodimir Zelenski Aleksandr Sırskinin vəzifəsindən azad olunduğunu açıqlayıb. Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı isə Mixaylo Drapatıdır.