BAKI, 20 iyul. TELEQRAF
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynanın yeni Baş naziri Sergey Koretski ilə telefon danışığı zamanı ölkənin Avropa İttifaqına (Aİ) inteqrasiyası prosesini müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri "X" sosial şəbəkəsində yazıb.
"Biz Ukraynanın Aİ-yə daxil olması prosesinin irəliləməsinə təkan verən islahatlar üzrə bundan sonra da sıx əməkdaşlıq edəcəyik. Pilotsuz uçuş aparatları ilə bağlı sazişimiz Ukrayna üçün ən innovativ müdafiə avadanlıqlarının operativ və genişmiqyaslı istehsalı məqsədilə Aİ-nin sənaye potensialından istifadə etməyə imkan verəcək", - o qeyd edib.
Ursula fon der Leyen vurğulayıb ki, Koretski ilə qışa hazırlıq məsələlərini və Ukraynanın kritik enerji infrastrukturunun vəziyyətini müzakirə edib.
"Enerji sektorunun idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətiniz də daxil olmaqla tam dəstəyimizə arxalana bilərsiniz".