BAKI, 20 iyul. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Aleksandr Sırskinin vəzifədən azad edilməsi barədə yayılan məlumatları rəsmən təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb.

Qeyd edilib ki, A. Sırski öz vəzifəsinin icrasını davam etdirir.

***

16:11

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski vəzifəsindən azad edilib.

Bu barədə Teleqraf Ukrayna KİV-nə istinadən xəbər verir.

Qeyd edək ki, bu barədə hələlik rəsmi açıqlama yoxdur.