BAKI, 20 iyun. TELEQRAF

“Polşa ilə Ukrayna arasındakı mübahisə Rusiya Prezidenti Vladimir Putini sevindirir, müttəfiqlərimizi isə şoka salır”.

Teleqraf xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk deyib.

“Prezidentlər Zelenski və Navrotskinin vəzifəsi gərginliyi artırmaq deyil, emosiyaları sakitləşdirməkdir. Cəbhə xətti başqa yerdədir”, - hökumət başçısı bildirib.

Xatırladaq ki, Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Volodimir Zelenskinin “Ağ Qartal” ordenindən məhrum edilməsi barədə qərar imzalayıb. Qərarın qüvvəyə minməsi üçün Baş nazir Donald Tuskun razılığı tələb olunur. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Polşanın bu addımını “ancaq Moskvaya fayda verəcək strateji səhv” adlandırıb.

Xarici işlər naziri, Ukraynanın Varşavadakı səfiri və Prezident Administrasiyasının rəhbəri Kirill Budanov Volodimir Zelenski ilə həmrəylik əlaməti olaraq, Polşa dövləti tərəfindən verilən ordenlərdən imtina ediblər.