BAKI, 19 iyun. TELEQRAF

“Rusiyanı nüvə dövləti kimi məğlub etmək mümkün deyil, onunla danışıqlarla bağlı söhbətlər təsadüfi deyil”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

“Bir nüvə dövlətini məğlub etmək mümkün deyil. Rusiya ilə danışıqlarla bağlı bu söhbətlər də təsadüfi xarakter daşımır. (Ukrayna Prezidenti Volodimir) Zelenskinin (rusiyalı həmkarı Vladimir Putinə) məktubla müraciət etməsi də açıq şəkildə göstərir ki, Rusiyanın qalib gəldiyini anlayırlar və xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olunacaq”, - o bildirib.

Volodin əlavə edib ki, Rusiyaya qarşı atılacaq istənilən addım cavab tədbirləri və daha sərt, daha güclü silahlarla zərbələrin endirilməsi ilə nəticələnəcək.

Xatırladaq ki, Volodimir Zelenski iyunun 5-də Vladimir Putinə açıq məktubunda müharibəni dayandırmağı təklif edib. Ukrayna lideri bu kontekstdə neytral ölkədə ikitərəfli qaydada sülh danışıqlarına başlamaq təşəbbüsünü irəli sürüb.

Volodimir Zelenski məktubunda yazıb ki, qan tökülməsini dayandırmağın vaxtıdır: “Ukrayna müharibəni bitirməyi təklif edir, amma dürüst və ləyaqətli şəkildə. Müharibənin yenidən alovlanmayacağına zəmanət vermək lazımdır”.

Kreml bununla razılaşmayaraq, Zelenskini Putinlə görüş üçün Moskvaya dəvət edib, Kiyev də bunu qəbul etməyib.