BAKI, 19 iyun. TELEQRAF

“Macarıstan Avropa İttifaqının (Aİ) sammitinin yekun bəyannaməsinə dəyişiklik edilməsinə nail olub və sənəddən Ukraynanın Aİ-yə sürətləndirilmiş üzvlüyünə dair ifadəni çıxarıb”.

Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Peter Madyar deyib.

O bildirib ki, qərar sənədin mətninin razılaşdırılması zamanı son anda qəbul edilib:

“Ukraynanın Aİ-yə üzvlük prosesi ilə bağlı mənim təşəbbüsümlə üzvlüyün sürətləndirilməsi barədə bənd son anda mətndən çıxarıldı. Bu, asan olmadı”.

Madyar həmçinin vurğulayıb ki, dəyişiklikdən sonra bəyannamə Aİ-yə dövlətlərin dəstəyini ala bilər, bu da nadir hallarda baş verir.

Budapeşt Ukraynanın Aİ-yə üzvlük prosesi çərçivəsində yeni danışıqlar klasterlərinin açılması ilə bağlı narahatlıqlarını ifadə etməyə davam edir. Macarıstan Baş naziri qeyd edib ki, ittifaqın bəzi digər üzv dövlətləri də oxşar mövqedədir.

Madyarın sözlərinə görə, Macarıstan Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləsə də, danışıqlar prosesinin konkret nəticələr və zəruri meyarların yerinə yetirilməsi əsasında aparılmasının tərəfdarıdır.

Brüsseldə keçirilən sammit zamanı Peter Madyar Ukrayna Prezidenti Volodimir Zelenski ilə qısa görüş keçirib. Zelenski Macarıstanın növbəti danışıq klasterlərinin açılmasını hazırda gözlənildiyindən daha tez dəstəkləyəcəyinə ümid etdiyini bildirib.