BAKI, 18 iyun. TELEQRAF
Almaniya müdafiə naziri Boris Pistorius Hörmüz boğazında mümkün minatəmizləmə missiyasına hazırlıq məqsədilə Qırmızı dənizə iki gəmi göndərildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Pistorius Brüsseldə keçirilən NATO-nun iclasına gələrkən jurnalistlərə açıqlamasında deyib:
“Hazırdda bizim “Fulda” minaaxtaran və “Mosel” təchizat gəmilərimiz Süveyş kanalından keçərək Qırmızı dənizə doğru üzür”.
Nazir istənilən minatəmizləmə əməliyyatında iştirak üçün İran və Omandan icazə alınmasının vacibliyini vurğulayıb və əlavə edib ki, missiya həm də İranla ABŞ arasında növbəti danışıqların gedişatından asılı olacaq.