BAKI, 17 iyun. TELEQRAF

Niderland NATO ilə Rusiya arasında müharibə ehtimalına qarşı Avropa ölkələrini potensial hərbi qarşıdurmaya hazırlıqları sürətləndirməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Niderlandın 2026-2030-cu illər üçün Beynəlxalq Təhlükəsizlik Strategiyasında deyilir.

Kəşfiyyat hesabatlarına görə, NATO ilə Rusiya arasında müharibə ehtimalı realdır. Rusiya-Ukrayna müharibəsi Avropanın təhlükəsizliyinin uzunmüddətli pisləşməsində həlledici amil kimi xarakterizə olunur.

Niderlan kəşfiyyatı hesab edir ki, bu, Avropanın müdafiə qabiliyyətini gücləndirmək və mümkün hərbi qarşıdurmaya hazırlaşmaq zərurəti yaradır.