BAKI, 12 iyun. TELEQRAF
“Rusiya Şimali Atlantika Alyansı (NATO) ilə müharibəyə can atmır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Avropadakı Müttəfiq Qüvvələrinin baş komandanı general Aleksus Qrinkeviç deyib.
“Kəşfiyyat məlumatlarını çox diqqətlə araşdırmışam. Rusiya müharibəyə can atmır, ruslar həqiqətən də “müdafiə alyansı” anlayışının mənasını başa düşürlər və bizim bəzi asimmetrik üstünlüklərimiz olduğunu yaxşı anlayırlar”, - o, Almaniyada aviasiya mövzusuna həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.