BAKI, 11 iyun. TELEQRAF
ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker Avropa ölkələrinin təhlükəsizlik xərclərində ABŞ-dən asılılığını azaltmalı olduğunu və müdafiə büdcələrini artırmalı olduqlarını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə diplomat RT telekanalına müsahibəsində bildirib.
"Biz bütün müttəfiqlərin müdafiə xərclərini artıracağını və NATO qarşısındakı öhdəliklərini tam yerinə yetirəcəyini gözləyirik", - o qeyd edib.
Diplomat Vaşinqtonun bəzi müttəfiqlərin hərbi imkanlarını gücləndirmək istiqamətində atdığı addımları müsbət qiymətləndirsə də, mövcud tədbirlərin təhlükəsizlik çağırışlarına cavab vermək üçün kifayət etmədiyini vurğulayıb.
Səfir İspaniyanın hərbi xərclərlə bağlı yanaşmasına da toxunub.
İspaniyanın müdafiə xərclərinin artırılmasının ölkə büdcəsi üçün ağır yük olduğunu əsas gətirməsinə münasibət bildirən Metyu Uitker qeyd edib ki, kollektiv təhlükəsizlik hər bir üzvün üzərinə düşən öhdəliklərin icrasını tələb edir.