BAKI, 4 iyun. TELEQRAF
Ukrayna Silahlı Qüvvələri müvəqqəti işğal edilmiş Krım yarımadasının sahilində Rusiyanın “Svitlyak” tipli sərhəd gözətçi gəmisini PUA-larla vurub.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, gəminin uzunluğu 49,5 m-dir, 16 dəst MANPADS, AK-176 artilleriya və 14,5 pulemyot qurğusu, eləcə də 6 lüləli zenit topları ilə silahlanıb. Heyət 28 hərbçidən ibarət olub.