BAKI, 3 iyun. TELEQRAF

Polşa öz ərazisində daimi ABŞ hərbi bazasının yaradılması barədə Vaşinqtona rəsmi təklif göndərib.

Teleqraf xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Mən ABŞ-nin müdafiə naziri Pit Heqsetə Polşada Amerika qoşunlarının yeni daimi bazasının yaradılması barədə rəsmi təklif təqdim etdim", - nazir qeyd edib.