BAKI, 2 iyun. TELEQRAF
Rumıniyanın Milli Korrupsiyaya qarşı Mübarizə İdarəsi Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Vlad Georgitseyə qarşı cinayət işi açıb.
Teleqraf xəbər verir ki, bu barədə “Agerpres” informasiya agentliyi məlumat yayıb.
General vəzifənin qanunsuz ələ keçirilməsinə yardım etməkdə ittiham olunur.
Xatırladaq ki, Vlad Georgitse bundan əvvəl Milli Korrupsiyaya qarşı Mübarizə İdarəsində dindirilmişdi.