BAKI, 1 iyun. TELEQRAF

Moskva Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən Rusiya tankerinin saxlanılmasını qanunsuz hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml nümayəndəsi Fransanın addımını “piratçılıq” adlandırıb.

“Biz bu cür addımları qanunsuz hesab edirik, bunlar beynəlxalq piratçılığa bərabərdir”, - Peskov deyib.

Fransa Prezidenti Emmanuel Makron bundan əvvəl Hərbi Dəniz Qüvvələrinin Böyük Britaniya və digər tərəfdaşların dəstəyi ilə Atlantik okeanında üzən Rusiya tankerini saxladığını açıqlamışdı.