BAKI, 20 may. TELEQRAF
Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış Ukraynaya məxsus dronun Estoniyanın hava məkanına daxil olmasından sonra Kiyevi ehtiyatlı olmağa çağırıb.
Teleqraf xəbər verir ki, o, bu açıqlamanı mətbuat konfransında verib.
“Ukrayna NATO ölkələrinin təhlükəsizliyini təhdid etməmək üçün hədəflərini daha dəqiq müəyyənləşdirməlidir. Ukrayna bu məsələdə diqqətli olmalıdır”, - o bildirib.
Mayın 19-da Estoniya müdafiə naziri Hanno Pevkur Tartu şəhəri yaxınlığında Ukraynaya məxsus dronun vurulduğunu açıqlamışdı. NATO da Rumıniya F-16 qırıcılarının Estoniyanın hava məkanında pilotsuz təyyarəni zərərsizləşdirdiyini təsdiqləmişdi.