BAKI, 18 may. TELEQRAF

Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermakın məhkəməyəqədər həbsdən azad edilməsi üçün tam məbləğ ödənilib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Ali Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi məlumat verib.

Məhkəmənin qərarı ilə 140 milyon qrivna (təxminən 3,1 milyon dollar) məbləğində pul ödənilib.

Andrey Yermak bütün həftəsonunu məhkəməyəqədərki həbsdə keçirib.

Xatırladaq ki, məhkəmə mayın 14-də Prezident Administrasiyasının keçmiş rəhbəri barəsində 140 milyon qrivna (təxminən 3,1 milyon dollar) girov müqabilində azadlığa buraxılmaq imkanı ilə 60 günlük həbs qərarı vermişdi.

Andrey Yermak cinayət yolu ilə əldə edilmiş çirkli pulların yuyulmasında şübhəli bilinir.