BAKI, 16 mart. TELEQRAF
“Gürcüstan Avropa İttifaqından (Aİ) uzaqlaşır”.
Teleqraf xəbər verir ki, bunu Lüksemburq xarici işlər naziri Xavyer Bettel deyib.
Bettelin sözlərinə görə, son dövrlərdə Gürcüstanla bağlı vəziyyətdə heç nə dəyişməyib.
“Avropa İttifaqı Xarici İşlər Şurasının hər iclasında mənə Gürcüstanla bağlı sual verirsiniz, amma bu mövzuda son vaxtlar heç nə dəyişməyib. Hələ də həll olunmamış problemlər var. Hələ də Gürcüstanın xarici işlər naziri ilə əlaqədəyəm. Təəssüf edirəm, onlar Avropa yolu ilə gedirdilər. Amma indi onlar artıq Avropaya yaxınlaşmırlar, bu, problemdir”, - Lüksemburq xarici işlər naziri jurnalistlərə bildirib.