BAKI, 9 mart. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko xarici işlər naziri Maksim Rıjenkovla görüşdə dolların artıq lazım olmadığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.

Nazir dövlət başçısına Afrika ölkələrinə - Toqo və Qanaya son səfərlərinin nəticələri barədə məlumat verib.

“Mən tez-tez Omanı nümunə kimi göstərirəm. Omandan Şərqi Afrika boyunca işləmək mümkündür. Üstəlik, onların orada keçmişdən gəlmə yaxşı əlaqələri var. Ticarət aparmağı bacarırlar, onlarla əməkdaşlıq etmək, investisiya qoymaq lazımdır. Xüsusilə də, hazırkı vəziyyətdə - dolların artıq heç kimə lazım olmadığı vaxtda. Bunun nəyə gətirib çıxardığını yaxşı başa düşürlər. Yaxşı investisiya qoyurlar, pul xərcləyirlər”, - Aleksandr Lukaşenko bildirib.