BAKI, 24 fevral. TELEQRAF

“İki gün əvvəl Ukraynaya son vəd edilmiş paketdən ilk “Patriot” hava hücumundan müdafiə raketləri çatdırılıb”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Bizə ABŞ-dən PAC-3 və PAC-2 raketləri də lazımdır. Hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var. Son belə paketə çox minnətdarıq. Bütün detallarını paylaşa bilmirəm. Amma paketin yarısı artıq buradadır, iki gün əvvəl gəlib. Buna görə çox təşəkkür edirəm. Proqramın davamını gözləyirik”, - o qeyd edib.