BAKI, 18 noyabr. TELEQRAF
“Düşmən Polşaya silahlı hücum üçün hazırlığa başlayıb”.
Teleqraf xəbər verir ki, bunu Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Veslav Kukula deyib.
“Düşmən müharibəyə hazırlaşmağa başlayıb. Elə bir zəmin formalaşdırılır ki, Polşa ərazisinə mümkün hücum üçün əlverişli şərait yaransın”, - o bildirib.
Baş Qərargah rəisi qeyd edib ki, Polşa Müdafiə Nazirliyi mümkün müharibəyə qarşı müdafiə planı hazırlayır:
“Proqramın ilk məqsədi ehtiyat qüvvələrin sayı və keyfiyyətini artırmaqdır. İkinci məqsəd daha vacibdir, cəmiyyətin böhranın nəticələrinə hazır olmasını təmin etməliyik”.
V.Kukula “düşmən” dedikdə hansı ölkəni nəzərdə tutduğunu dəqiqləşdirməsə də, yerli KİV söhbətin Rusiyadan getdiyini istisna etməyib.