BAKI, 23 oktyabr. TELEQRAF

“ABŞ prezidenti Donald Tramp Rusiya ərazisinin dərinliklərində hədəfləri vurmaq üçün Ukraynaya uzaqmənzilli “Tomaqavk” raketlərindən istifadə etməyə icazə verməlidir”.

Teleqraf xəbər verir ki, bunu Finlandiya Baş naziri Petteri Orpo bildirib.

Orpo Rusiyanın Avropanın təhlükəsizliyinə daimi təhdidi barədə xəbərdarlıq edib və Trampı Ukraynanı özünü müdafiə etmək üçün lazım olan silahlarla təmin etməyə və Vladimir Putini danışıqlar masasına oturmağa inandırmağa çağırıb.

“Putin yalnız gücə inanır. Əgər müharibəni dayandırmaq istəyiriksə, Rusiyadan güclü olmasa da, eyni səviyyədə olmalıyıq”, - Finlandiya baş naziri deyib.

Orpo ümid etdiyini bildirib ki, Tramp hələ də Ukraynanı lazımi raketlərlə təmin edəcək.

“Hələ də ümid edirəm ki, onlar Rusiyaya əks zərbə və özünümüdafiə üçün Ukraynaya lazımi imkanları yaradacaqlar. Bəli, bizə məlumdur ki, bu, Zelenski ilə ABŞ arasında olan məsələdir, ümid edirəm ki, onlar bir həll yolu tapacaqlar”.