BAKI, 12 iyul. TELEQRAF
Ukraynanın Qərb müttəfiqləri hesab edirlər ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini danışıqlar tərəfdaşı kimi görməyə meyillidir, Ukrayna lideri Volodimir Zelenskini isə sülhə gedən yolda əsas maneə hesab edir.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən yazıb.
“Trampın danışıq tonundakı dəyişiklik səbəbindən kiçik həyəcan müşahidə olunur, lakin bunun ciddi addımlara çevrilməsini görmürük”, - rəsmilərdən biri qəzetə bildirib.
Onların fikrincə, ABŞ-nin “Patriot” kompleksləri Ukraynanın müdafiəsi üçün həlledici əhəmiyyətə malikdir, lakin onlar Ukraynanın cavab zərbələri endirmək qabiliyyətinə təsir etməyəcək və ümumiyyətlə münaqişənin ümumi dinamikasını dəyişməyəcək.