BAKI, 8 iyul. TELEQRAF

Bolqarıstan 2026-cı ilin 1 yanvarından etibarən avrodan rəsmi valyuta kimi istifadə etməyə başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə qərar Avropa Parlamentinin Fransanın Strasburq şəhərində keçirilən plenar iclasında qəbul olunub.

Bolqarıstanın avrozonaya daxil olmaq üçün tələbləri yerinə yetirdiyinə dair təqdim olunan hesabatın lehinə 531 deputat səs verib, 69-u əleyhinə çıxıb, 79 nəfər isə bitərəf qalıb.

Nəticə olaraq, 2026-cı ildən Bolqarıstanda alış-veriş, maaş, pensiya və digər ödənişlər avro ilə aparılacaq.