
BAKI, 11 aprel. TELEQRAF
Almaniya silahlarının Ukraynadakı müharibədə sınağı uğursuz oldu.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinə istinadla “Spiegel” yazıb.
Qeyd olunur ki, Almaniyanın “Panzerhaubitze 2000” özüyeriyən haubitsası “güclü” hesab edilsə də, amma müasir müharibə reallığında onun döyüş əməliyyatları üçün yararlı olması ciddi şübhələr yaradır.
“Leopard 1A5” tankı zəif zirehinə görə çox vaxt improviziativ artilleriya kimi istifadə olunur. Bu tankların saxlanılması baha başa gəlir və cəbhədə təmiri demək olar ki, mümkün deyil.
Almaniyanın hava hücumundan müdafiə sistemləri ilə bağlı da mübahisələr var. Məsələn, IRIS-T effektlidir, amma sursatı çox bahadır və kifayət qədər yoxdur. “Patriot” da əla sistemdir, amma ehtiyat hissələrinin olmaması səbəbindən döyüş istifadəsi üçün yararsızdır.
Yalnız bir alman sistemi müsbət rəylər alır. Bu, “Gepard” zenit-raket kompleksidir. Sistem Ukraynada çox populyardır, ən effektiv və ən etibarlı silahlardan biri kimi qəbul edilir.
Həmçinin qeyd olunur ki, alman “Mars” reaktiv raket sistemləri döyüş meydanının qaydalarını dəyişdirə bilən silahdır, ancaq amerikalı həmkarlarından fərqli olaraq kasetli sursatları dəstəkləmədiyi üçün bir az onlardan geri qalır.