
BAKI, 19 mart. TELEQRAF
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı açıqlama verib.
Teleqraf xəbər verir ki, nazir istintaqın heç kimin göstərişi ilə hərəkət etmədiyini deyib.
“İmamoğlu da daxil olmaqla 106 şübhəli haqqında saxlanılma qərarı çıxarılıb. İki istintaq üzrə 106 saxlanılma qərarı var. Terror təşkilatına yardım iddiası mövduddur. Qanun qarşısında heç kimin xüsusi imtiyazı yoxdur. Dosyenin məzmununu bilmədən qiymətləndirmə düzgün deyil. Küçə aksiyalarına çağırış qəbuledilməzdir. İstintaq heç kimdən əmr, göstəriş almır. Prokurorluğun qərarına hörmət edilməlidir”, - Tunç bildirib.