
BAKI, 19 mart. TELEQRAF
Türkiyənin İstanbul şəhərinin Baş Prokurorluğu saxladığı İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində diqqətçəkən açıqlama verib.
Teleqraf xəbər verir ki, açıqlamada İmamoğlu və bələdiyyənin yüksək vəzifəli əməkdaşlarını PKK/KCK təşkilatına yardım etməkdə ittiham olunur.
Açıqlamada deyilir: "İmamoğlunun digər şübhəlilərlə birgə bələdiyyə seçkilərində PKK terror təşkilatının nüfuzunun artmasına, fəaliyyətinin genişlənməsinə dəstək verərək terror təşkilatına yardım etdiyi məlum olmuşdur".
Qeyd edilir ki, Əkrəm İmamoğlunun bələdiyyə seçkiləri zamanı PKK/KCK-nın “Xalqların Demokratik Konqresi” adlı çətir təşkilatı ilə ittifaq qurduğuna dair faktlar əldə edilib.
Həmçinin İstanbulun bələdiyyə sədri və digər şübhəlilər iş adamlarından rüşvət almaqda ittiham olunur.