BAKI, 19 mart. TELEQRAF

Türkiyənin İstanbul şəhərinin Şişli rayonunun bələdiyyə sədri Rəsul Əmrah Şahan və Bəylikdüzü bələdiyyəsinin sədri Mehmet Murat Çelik saxlanılıb.

Teleqraf xəbər verir ki, jurnalist İsmayıl Saymazın da Gəzi Parkı işi çərçivəsində saxlanıldığı açıqlanıb.

Xatırladaq ki, Türkiyənin hüquq-mühafizə orqanları bu gün səhər saatlarında İstanbul bələdiyyəsində anti-korrupsiya əməliyyatına başlayıb. Əməliyyat çərçivəsində İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu da saxlanılıb.