BAKI, 5 oktyabr. TELEQRAF

Rusiyanın Buryatiya Respublikasında zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb.

Yeraltı təkanlar səhər saatlarında qeydə alınıb, maqnitudası Rixter şkalası üzrə 4,1 bal olub. Seysmoloqlar bunu episentr ərazisində cüzi dağıntılara səbəb ola biləcək zəlzələ kimi qiymətləndirirlər.

Avropa-Aralıq Seysmoloji Mərkəzinin məlumatına görə isə zəlzələnin maqnitudası 4,4 bal, ocağı 10 kilometr dərinlikdə olub.

Zəlzələ zamanı region sakinlərindən heç kim xəsarət almayıb, dağıntı qeydə alınmayıb.