BAKI, 16 sentyabr. TELEQRAF

Qazaxıstan Qurultayı “Qazaxıstan və Serbiya hökumətləri arasında hərbi-texniki əməkdaşlıq haqqında sazişin ratifikasiyası barədə” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Teleqraf xəbər verir ki, sazişin məqsədi tərəflər arasında hərbi-texniki əməkdaşlığın qurulması və qarşılıqlı fayda əsasında inkişaf etdirilməsidir.

2Saziş çərçivəsində hərbi təyinatlı məhsulların qarşılıqlı tədarükünün həyata keçirilməsi, silah və hərbi texnikaya texniki xidmət göstərilməsi və təmiri üzrə işlərin görülməsi, birgə elmi tədqiqat və təcrübə-konstruktor işlərinin aparılması, texnologiya transferləri, silah və hərbi texnika nümunələrinin birgə sınaqlarının keçirilməsi kimi əməkdaşlığın əsas istiqamətləri nəzərdə tutulur”, - sənədi təqdim edən Qazaxıstan müdafiə nazirinin müavini Şayx-Hasan Jazıqbayev bildirib.

Qazaxıstan tərəfindən sazişin icrası üzrə səlahiyyətli qurumlar Müdafiə Nazirliyi və Sənaye və Tikinti Nazirliyidir. Saziş çərçivəsində əməkdaşlığın həyata keçirilməsi üçün hərbi-texniki əməkdaşlıq üzrə birgə işçi qrup yaradılacaq.