BAKI, 15 sentyabr. TELEQRAF

Qazaxıstanın Qırğızıstandakı səfiri Abılkayır Skakov yerli nəqliyyat naziri Talantbek Soltobayevlə görüşərək iki ölkə arasında gediş-gəlişin asanlaşdırılması yollarını nəzərdən keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirlib ki, tərəflər qonşu dövlətlər arasında avtomobil, eləcə də dəmiryolu xətlərinin inkişafından danışıblar:

"Əsas məqsəd sərhəddə nəqliyyat vasitələrinin tıxacsız və rahat keçidini təmin etməkdir. Keçid postlarının müasirləşdirilməsi vacibdir. Çünki sərnişin və yük dövriyyəsi durmadan artır, mövcud infrastruktur isə mütləq buna uyğunlaşdırılmalıdır".

Yekunda hər iki dövlət nəqliyyat sahəsində yeni birgə layihələr həyata keçirməyə maraqlı olduğunu təsdiqləyib. Aidiyyəti qurumların daima sıx əməkdaşlıq edəcəyi barədə razılıq əldə olunub.