BAKI, 14 sentyabr. TELEQRAF
Qazaxıstanın Jetisu vilayətində yerləşən “Köktal” təlim poliqonunda KTMT-nin Mərkəzi Asiya üzrə Kollektiv Çevik Yerləşdirmə Qüvvələrinin birgə təlimləri başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiyanın hərbi qulluqçuları iştirak edir.
Məşqlər sentyabrın 13-dən 18-dək Qazaxıstan Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının komandanı polkovnik Maksut Hüseynovun rəhbərliyi ilə keçirilir. Təlimlərə təxminən 1500 hərbi qulluqçu və 300-dən çox silah-sursat, hərbi və xüsusi texnika, 115 dron cəlb olunub.