BAKI, 31 avqust. TELEQRAF
ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Serxio Qor ilə görüşündə Qırğızıstan Prezidenti Sadır Japarov Vaşinqtonun ölkə vətəndaşları üçün viza tələblərinin sadələşdirilməsini nəzərdən keçirməsini təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyası məlumat yayıb.
“Prezident Sadır Japarov ABŞ-yə səyahət etmək istəyən Qırğızıstan vətəndaşları üçün viza tələblərinin sadələşdirilməsinin vacibliyini vurğulayıb. Xüsusilə, müzakirə Qırğızıstan vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsi üçün praktik həllər tapmaq imkanları, o cümlədən viza girov tələbinə və müvafiq məhdudiyyətlərə yenidən baxılması ətrafında olub”, - məlumatda bildirilib.