BAKI, 27 avqust. TELEQRAF
“Ukrayna münaqişəsinin həllinə mane olan istənilən xarici qüvvə Rusiya üçün qanuni hərbi hədəfə çevriləcək”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Diplomat iddia edib ki, Ukraynada müharibənin daha da şiddətlənməsinə görə Qərb ölkələri məsuliyyət daşıyacaq.
“Dəfələrlə vurğuladığımız kimi, Ukraynadakı xüsusi hərbi əməliyyatın aparılmasına və davamlı nizamlanmaya mane olan istənilən xarici kontingentin yerləşdirilməsi qəti şəkildə qəbuledilməzdir və qanuni hərbi hədəflərə çevriləcək. Bunun məsuliyyəti vəziyyəti daha da gərginləşməyə qərar verən Qərb siyasətçilərinin üzərinə düşəcək”, - Zaxarova qeyd edib.