BAKI, 3 avqust. TELEQRAF
Özbəkistan və Hindistan arasında ticarət, iqtisadi və siyasi sahələrdə əməkdaşlıq daha da inkişaf etdiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, bu qərar Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidovla Hindistan Prezidenti Draupadi Murmu arasında keçirilən görüşdə qəbul edilib.
Razılaşmaya əsasən, iki ölkə yalnız iqtisadiyyat və ticarət sahəsindəki işbirliyi ilə kifayətlənməyəcək, həm də siyasi əlaqələri canlandıracaq.
Bununla yanaşı, Özbəkistan və Hindistan arasında mədəniyyət və humanitar sahələrdə də münasibətlərin gücləndirilməsi nəzərdə tutulur.