BAKI, 24 iyun. TELEQRAF

“Rusiya Ukrayna ilə danışıqlara başlamaq üçün şərt kimi cəbhə xətti boyunca dayanmağa razı olmayacaq”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz həmişə danışıqlara hazırıq. Amma bir daha təkrar edirəm: əgər danışıqlar masasına əyləşsək və qarşı tərəfdən məntiqli ideyalar, təkliflər və adekvat insanlar olsa, heç kəsin sözünə kor-koranə inanmayacağıq.

Yenə bizə deyirlər: “Gəlin, təmas xətti boyunca atəşkəs elan edək, sonra danışıqlara başlayaq”. Xeyr, bunu artıq bir dəfə etmişdik. İstanbulda razılığa gəlmiş, sənədləri paraflamışdıq, xoşməramlı addım olaraq atəşi dayandırmışdıq. Hətta Prezident Putin dəfələrlə söylədiyi kimi, qoşun hissələrini Kiyevin ətrafından geri çəkdik. Ardınca isə (razılaşmaların pozulmasında ittiham olunan Böyük Britaniyanın keçmiş baş naziri) Boris Conson və Buça hadisələri ilə üzləşdik”, - Lavrov bildirib.