BAKI, 5 iyun. TELEQRAF
Qazaxıstan Silahlı Qüvvələri SARBAZ+ layihəsi çərçivəsində dronlar, rəqəmsal texnologiyalar və süni intellekt üzrə mütəxəssislər hazırlayacaq.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan müdafiə nazirinin rəqəmsallaşdırma üzrə müavini Darxan Axmediyev bildirib.
Nazir müavininin sözlərinə görə, layihə müasir hərbi qulluqçu imicini formalaşdırmaq və həm hərbi xidmət zamanı, həm də xidmətdən sonra lazım olacaq praktiki bacarıqları inkişaf etdirmək məqsədi daşıyır:
“Layihə çərçivəsində rabitə və telekommunikasiya, radio rabitəsi, pilotsuz aviasiya sistemləri, rəqəmsal texnologiyalar və süni intellekt elementləri üzrə mütəxəssislər hazırlamaq üçün ixtisaslaşmış siniflər yaradılır”.
Qazaxıstanda hərbi qulluqçular üçün texniki laboratoriyalar və rəqəmsal təlim sinifləri də daxil olmaqla, müasir təhsil infrastrukturu yaradılır.
Darxan Axmediyev qeyd edib ki, hərbi qulluqçular “Tech Orda” proqramı çərçivəsində süni intellekt, məlumatların qorunması və informasiya təhlükəsizliyi üzrə təlim keçə və beynəlxalq sertifikatlar ala biləcəklər.