BAKI, 22 may. TELEQRAF
“Ermənistan Baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi Birliyində (AİB) qalmaq istəyi Avrasiya məkanından maddi məqsədlər üçün istifadə etməyə davam etmək cəhdidir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
“Paşinyanın AİB-də qalmaq istəyi Avrasiya məkanından maddi məqsədləri üçün istifadə etməyə davam etmək cəhdidir. Bu, Ermənistanda ÜDM-in 2,5 dəfə artmasına səbəb olub. Paşinyan siyasi baxımdan artıq bütün qərarları verib”, - spiker bildirib.
Vyaçeslav Volodin bununla Nikol Paşinyanın Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqı (Aİ) arasında seçimdə ikincidən yana qərar verdiyinə eyham vurub.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl Ermənistanı AİB və Aİ arasında dərhal seçim etməyə çağırmışdı.