BAKI, 10 mart. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə Novruz bayramına hazırlıq və bayramın qeyd edilməsi üzrə tədbirlər planını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Sənədə əsasən, bayram ərəfəsində respublika boyu genişmiqyaslı mədəni-əyləncəli tədbirlər və ümummilli iməcliklərin keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda, proqrama ağacəkmə aksiyaları, müxtəlif sərgilər, idman yarışları və digər kütləvi fəaliyyətlər daxil edilib.