BAKI, 5 mart. TELEQRAF

Özbəkistan UOGC Və “Navoiyuran” dövlət müəssisəsinin nümayəndələrindən ibarət nümayəndə heyəti Monqolustanda işgüzar səfərdədir.

Teleqraf xəbər verir ki, səfər zamanı Monqolustan ərazisində uran potensialı olan ərazilərdə geoloji-kəşfiyyat işlərinin aparılması məsələsi müzakirə olunub.

Tərəflər strateji müqavilə imzalamağı planlaşdırırlar.

Razılaşmaya əsasən, ilkin mərhələdə 60 000 metr qazma işi aparıla bilər.